QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Tərtəri ağır artilleriya atəşinə tutur, bir nəfər yaralanıb

© AFP 2023 / PAVEL KOROLYOVСтрельба из миномета, фото из архива
Стрельба из миномета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi noyabrın 10-da saat 00:20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər şəhərini artilleriya atəşinə tutduğu barədə məlumat yayıb.

BAKI, 10 noyabr - Sputnik. “Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhaliyə qarşı terror siyasətini davam etdirir. Tərtər Ermənistanın hədəf aldığı bütün hücumlara qətiyyətlə və qürurla müqavimət göstərir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev twitter səhifəsində paylaşıb.

Müdafiə Nazirliyi isə noyabrın 10-da saat 00:20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər şəhərini artilleriya atəşinə tutduğu barədə məlumat yayıb. "Atəş nəticəsində bir mülki şəxs xəsarət alıb" - qurumdan bildirilib. 

Xəbər lenti
0