22:57 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1158)
6530

Türkiyə Prezidenti: "Mərhum Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Enməyəcəkdir!"

BAKI, 9 noyabr - Sputnik. “Azərbaycan torpaqlarının işğal edilməsinə səssiz qala bilməzdik”.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanlı qardaşlarımız özləri indi bu işi bitirdilər. Biz gözləri yaşlı olaraq dünən Prezident İlham Əliyev qardaşımızın Şuşanın azad edilməsindən sonra verdiyi açıqlamaları ekranda izlədik. İki dövlət, tək millət olmağın eşqi budur” - Türkiyə lideri bildirib.

“Dünən Şuşanın işğaldan azad olunması ilə birlikdə sevinc və ümidlərimiz daha da artıb”, - deyə Ərdoğan əlavə edib.

Türkiyə Prezidenti ATƏT-in Minsk Qrupunu da tənqid edib: "28 il davam edən bu insafsız işğala ATƏT-in Minsk Qrupu bir həll yolu tapmadı. Ancaq davamlı olaraq baş qatdılar. Bunu özləri ilə danışdıq, lakin heç bir zaman yolu həll tapmadılar. Çünki həll yolu tapmaq kimi bir dərdləri yox idi. Mərhum Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Enməyəcəkdir! Dağlıq Qarabağda işğal bitənə qədər mübarizə bayrağı inşallah enməyəcəkdir. Bu münasibətlə bir daha İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı təbrik edir, şəhidlərimizi rəhmətlə anıram. İnşallah, qısa müddətdə işğal altındakı başda Kəlbəcər və Laçın olmaqla buralar da sahiblərinə təslim ediləcək.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1158)

Əsas mövzular