QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər tərəfindən yağmalanmış qəsəbənin son görüntüləri yayıldı - VİDEO

© AR Ministry of DefenceQubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri
Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial mediada yayılan kadrlardan da göründüyü kimi, erməni işğalçılar qəsəbəni 30 ildir işğal altında saxladıqları digər Azərbaycan əraziləri kimi tamamilə yağmalayıblar

BAKI, 9 noyabr — Sputnik. Zəngilan rayonunun işğaldan azad edilmiş Bartaz qəsəbəsinin dronla çəkilmiş kadrları yayılıb. Sosial mediada yayılan kadrlardan da göründüyü kimi, erməni işğalçılar qəsəbəni 30 ildir işğal altında saxladıqları digər Azərbaycan əraziləri kimi tamamilə yağmalayıblar. Bu yaşayış məntəqəsində bəzi evlərin quru divarlarından başqa heç nə qalmayıb.

Bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazmışdı ki, Ermənistan tərəfindən 30 ildir işğal altında olan Azərbaycan ərazilərində törətdiyi dağıntıların miqyası ağlasığmazdır. Hətta adi kərpic və daş belə talan edilib.

Zəngilan rayonunun Bartaz qəsəbəsinin dronla çəkilmiş son kadrlar da Hikmət Hacıyevin dediklərini bir daha sübut edir.

Qeyd edək ki, Bartaz qəsəbəsi 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Sputnik Azərbaycan Bartazın yeni videogörüntüsünü təqdim edir.

Xəbər lenti
0