QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənd və Qırmızı Bazar ətrafında erməni ordusuna ağır zərbələr endirilir

© AFP 2023 / KCNA via KNS Стрельба артиллерии, фото из архива
Стрельба артиллерии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də artilleriya zərbələri endirilir.

BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.

Bölmələrimizin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananlar var. Məlum olub ki, alayın bölmələrdən birinin komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq qaçıb.

Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də artilleriya zərbələri endirilir.

Xəbər lenti
0