QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdama mərmi atılması nəticəsində 1 nəfər mülki vətəndaş xəsarət alıb

© AP Photo / Aziz KarimovПоследствия обстрелов в Агдамском районе Азербайджана
Последствия обстрелов в Агдамском районе Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

BAKI, 8 noyabr - Sputnik. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti
0