QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: “Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır”

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidОбострение ситуации вокруг Нагорного Карабаха
Обострение ситуации вокруг Нагорного Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir"

BAKI, 8 noyabr - Sputnik. Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir" - deyə, məlumatda qeyd olunub.

Xəbər lenti
0