QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövlud Çavuşoğlu: "Şuşanın azadlığı mübarək olsun"

© © Turkish Foreign Ministry/Handout via REUTERSМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.

BAKI, 8 noyabr - Sputnik. “Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.

Xəbər lenti
0