06:20 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
24 0 0

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edib.

BAKI, 8 noyabr - Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, müraciət AzTV vasitəsilə yayımlanıb. Ali Baş Komandan müraciətini Şəhidlər Xiyabanından gerçəkləşdirib.

"Bu qələbəni döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır. Bu gün döyüş meydanında biz bunu sübut edirik” - Azərbaycan Prezidenti deyib.

“30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticəyə bizi yaxınlaşdırmadı. 30 ilə yaxın əzəli, tarixi torpaqlarımız işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi sadəcə vaxt udmaq istəyirdi, sadəcə status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi”, - Prezident vurğulayıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əsas mövzular