22:59 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
48040

Tatarıstanın Xalq şairi: "Azərbaycan bu gün özünün suverenliyi, Vətənin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir!"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Qardaş tatar xalqının böyük ziyalılarından olan, Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, uzun illər Tatarıstan Dövlət Şurasının deputatı, Komitə sədri və Rəyasət heyətinin üzvü olmuş Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini azərbaycanlı dostları ilə bölüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Xalq şairi ürək sözlərini oxucularla paylaşıb:

"Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycanlılar bizim qardaşlarımızdır, bizi damarlarımızdan axan qan birləşdirir. Biz Sizin uğurlarınıza və qələbələrinizə sevinirik. Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq".

"Azərbaycan bu gün özünün suverenliyi, Vətənin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir! Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk", - deyə Vəliyev əlavə edib.

Teqlər:
Tatarıstan

Əsas mövzular