23:52 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
3310

Trüdo və Makron telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün dialoq və diplomatiyanın vacibliyini qeyd edib.

BAKI, 6 noyabr — Sputnik. Kanadanın Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Sputnik Azərbaycan Kanada hökumətinin saytına istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.

Məlumatda qeyd olunur ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması üçün dialoq və diplomatiyanın vacibliyini qeyd edib.

Trüdo ilə Makron telefon danışığı zamanı ikitərəfli əlaqələr, terrorizmlə mübarizə, COVID-19-la bağlı vəziyyət, eləcə də digər beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Teqlər:
Fransa, Kanada, Dağlıq Qarabağ, Qarabağ, Fransa prezidenti Emmanuel Makron, Emmanuel Makron

Əsas mövzular