QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Döyüşlər Ağdərə və Xocavənd istiqamətlərində davam edib

© AR Ministry of DefenseAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

BAKI, 5 noyabr - Sputnik. Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Xəbər lenti
0