CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub

© Sputnik / Ilham MustafayevElvin Mədətov
Elvin Mədətov - Sputnik Azərbaycan
Abunə olmaq
"Mən bu gün övladımla necə qürur duyuramsa, bütün hərbçi valideynlərinin də o hissi yaşamasını arzu edirəm"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Hazırkı zamanda hamının sözü, söhbəti cəbhə mövzusuna köklənib. Rəşadətli Ordumuzun cəbhə boyu apardığı uğurlu əməliyyatlar həmvətənlərimiz arasında coşğuyla qarşılanır. Müdafiə Nazirliyi bu əməliyyatların uğurlu olmasında əsas pay sahibləri olan hərbçilərimiz barədə mütəmadi olaraq məlumat verir. Son belə məlumatlardan birində ermənilərin müşahidə məntəqələrini və texnikalarını məhv edən əsgərlərimiz haqqında məlumat yayıldı.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, onlardan biri Qazax rayonunun Hüseynbəyli kəndindən olan hərbçimiz Elvin Mədətovdur. Müdafiə Nazirliyinin məlumatına görə, Elvin silahdaşları Hünər və Rüfətlə birgə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib. Bu xəbəri eşidənlər arasında ən çox sevinənlər, təbii ki, hərbçilərin valideynləri olublar.

© Sputnik / Ilham MustafayevElvin Mədətovun ailəsi
Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub - Sputnik Azərbaycan
Elvin Mədətovun ailəsi

Bu haqda danışan Elvinin atası, I Qarabağ müharibəsinin iştirakçısı Şərif Mədətov xəbəri eşidəndə sevincinin yerə-göyə sığmadığını söyləyib: "İlk dəfə televiziyada eşitdik. Elvinin şəklini görəndə keçirdiyim sevinci sözlə izah edə bilmərəm. Ardınca gələn zənglər, təbriklər bizi göylərə qaldırdı. Mən əmin idim ki, Elvin bu müharibədə qəhrəmanlıq göstərəcək. Qarabağın alınması onun uşaqlıq arzusu olub. Bu səbəbdən də əsgərlikdən tərxis olan kimi müqavilə ilə orduda xidmətə başladı. Həmişə deyirdi, "nə olardı, müharibə başlayardı, torpaqlarımızı alardıq”, - deyə Elvin haqda danışıb.

© Sputnik / Ilham MustafayevElvin Mədətov
Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub - Sputnik Azərbaycan
Elvin Mədətov

Elvinin anası Zülfiyyə Mədətova da oğlunun igidliyi ilə fəxr etdiyini söyləyib:

“Bu müharibədə nəinki mənim oğlum, bütün Azərbaycan əsgərləri igidlik göstərirlər. Mən bu gün övladımla necə qürur duyuramsa, bütün hərbçi valideynlərinin də o hissi yaşamasını arzu edirəm. Hər biri sağ-salamat qələbəylə evlərinə dönsünlər”, - deyə o bildirib.

Söhbət zamanı məlum oldu ki, Elvinin böyük qardaşı İlkin də müharibə başlayandan könüllü ordu sıralarına yazılıb. İndi o da qardaşı qədər, bəlkə də ondan da çox düşmən başı əzir.

© Sputnik / Ilham Mustafayev
Anası Elvin Mədətovun fotosunu göstərir - Sputnik Azərbaycan
1/4
Anası Elvin Mədətovun fotosunu göstərir
© Sputnik / Ilham Mustafayev
Elvin Mədətovun ailəsi - Sputnik Azərbaycan
2/4
© Sputnik / Ilham Mustafayev
Elvin Mədətovun fotoları - Sputnik Azərbaycan
3/4
Elvin Mədətovun fotoları
© Sputnik / Ilham Mustafayev
Anası Elvin Mədətovun fotosunu göstərir - Sputnik Azərbaycan
4/4
Anası Elvin Mədətovun fotosunu göstərir
1/4
Anası Elvin Mədətovun fotosunu göstərir
2/4
3/4
Elvin Mədətovun fotoları
4/4
Anası Elvin Mədətovun fotosunu göstərir

Elvinin bacısı Mədinə Mədətova da hər ikisi cəbhədə igidlik göstərən qardaşları ilə fəxr etdiyini söyləyib:

“Qürur hissi keçirirəm. Allah onların canlarını sağlam etsin. Mən qardaşlarımın hərbçi olduqlarına görə hər ikisi ilə fəxr edirəm“.

İki övladı da Vətən müharibəsində iştirak edən Mədətovlar ailəsinin indi bir arzusu var. Qarabağın bütün ərazilərinin işğalçılardan azad edilməsi və övladlarının qələbə ilə evə dönməsi.

© AR Ministry of Defence Elvin Mədətov, Hünər Məmmədov və Rüfət Əsədullayev
Qardaşlar cəbhədə: Qarabağın alınması onun uşaqlıq arzusu olub - Sputnik Azərbaycan
Elvin Mədətov, Hünər Məmmədov və Rüfət Əsədullayev

Qeyd edək ki, Müdafiə Nazirliyi əsgər Hünər Məmmədov və onun silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv etdiklərini bildirmişdi. Qələbələrin bol olsun, Azərbaycan Əsgəri!

Xəbər lenti
0