QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın hərbi qruplaşmaları cəbhənin dərinliklərində aşkarlanır və darmadağın edilir

© Sputnik / Maksim Blinov / Mediabanka keçidВзрывы во время учений, фото из архива
Взрывы во время учений, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Eyvazov: "Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalar, məktəblər və digər mülki obyektlərdə gizlənən düşmənə qarşı mübarizə aparır"

BAKI, 4 noyabr - Sputnik. "Beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət edilərək yalnız legitim obyektlərə atəş açılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Ordumuza qarşı asimmetrik müharibə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və darmadağın edilir. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalar, məktəblər və digər mülki obyektlərdə gizlənən düşmənə qarşı mübarizə aparır", - o qeyd edib.

Xəbər lenti
0