QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev: "Ermənistanın "məğlubedilməz ordusu"nun əfsanə olduğunu sübut etdik"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев, фото из архива
Президент Ильхам Алиев, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədilər.

BAKI, 4 noyabr — Sputnik. Bizim müasir silahlarımız və yüksək döyüş ruhumuz var. Biz kimin kim olduğunu, Ermənistanın "məğlubedilməz ordusu"nun əfsanə olduğunu sübut etdik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" səhifəsində yazıb.

"Onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir. Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədi. İtkilərimiz olsa da, bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha güclü etdi", - deyə İlham Əliyev qeyd edib.

Xəbər lenti
0