QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: Ermənistan nağıllarla daxili auditoriyasını inandırmağa çalışır

© AP PhotoАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb. 

BAKI, 3 noyabr - Sputnik. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş senarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb. 

Qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.

Xəbər lenti
0