21:03 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1158)
36 0 0

Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər

BAKI, 1 noyabr - Sputnik. Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısında toplanaraq Ermənistan silahlı qüvvələrinin  Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

Sputnik Azərbaycan-a Diaspor Komitəsindən daxil olan məlumata görə, erməni terrorunun qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndiriblər.

Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini  ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə yekunlaşıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1158)

Əlaqədar

Osloda yaşayan azərbaycanlılar Parlament binası qarşısında etiraz aksiyası keçiriblər
Budapeştdə Bərdə terroruna etiraz bildirilib
Nyu-Yorkdakı Azərbaycan Ordusuna dəstək aksiyasından görüntülər
Sidneydə etiraz yürüşü keçirən azərbaycanlılara ermənilər mane olmağa çalışıblar
Dünyanın ən möhtəşəm şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
Teqlər:
dəstək, aksiya, London, terror, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular