22:43 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1158)
80 0 0

"O da istisna olunmur ki, düşmənin atdığı istismar müddəti keçmiş raketlərdən bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal olunmuş ərazilərdəki yaşayış məntəqələri və mülki obyektlərin üzərinə düşür"

BAKI, 1 noyabr - Sputnik. “Son sutka ərzində düşmənin cəbhənin müxtəlif istiqamətlərində 1 ədəd piyadaların döyüş maşını, 4 ədəd “Qrad” qurğusu, 8 ədəd topu, 2 rabitə qülləsi, 7 ədəd avtomobil texnikası məhv edilib”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

A.Eyvazov deyib ki, gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib: “Azərbaycan Ordusunun Ermənistan ərazisində hər hansı hərbi məqsədi yoxdur. Bununla yanaşı, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən bölmələri legitim hərbi hədəflərə çevrilir. Azərbaycan Ordusu dəqiq silahlarla düşmənin komanda məntəqələrini, döyüş texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə gətirib çıxarıb.

Müharibənin taleyini müəyyən edən isə başda Ali Baş Komandan olmaqla cəsur  Azərbaycan zabit və əsgərləridir. O da istisna olunmur ki, düşmənin atdığı istismar müddəti keçmiş raketlərdən bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal olunmuş ərazilərdəki yaşayış məntəqələri və mülki obyektlərin üzərinə düşür”.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1158)

Əlaqədar

İlham Əliyev: "Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib"
Ermənistan ordusunun iki artilleriya batareyası məhv edilib - VİDEO
Azərbaycan MN: Ermənistan müdafiə nazirliyinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur
Ermənistan ordusu daha iki "Qrad"dan məhrum edildi - VİDEO
Xankəndi üzərində PUA vurulması iddiasına Müdafiə Nazirliyindən cavab
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan Ordusu, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular