QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusu Şuşanı atəşə tutmur, cavab zərbələri endirir - MN

© AP Photo / Thanassis StavrakisŞuşa, arxiv şəkli
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır. Bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir.

BAKI, 31 oktyabr — Sputnik. Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

"Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Ermənistan rəsmi dairələri və KİV-i Azərbaycan Ordusunun Şuşanı atəşə tutduğu barədə məlumat yayıb. 

Xəbər lenti
0