QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cenevrə görüşü başa çatdı, növbəti razılaşma - YENİLƏNİB

© Photo : Denis BalibouseОхранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария
Охранник проходит мимо азербайджанского (слева) и армянского флага на открытии переговоров в Женеве, Швейцария - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 30-da Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub

BAKI, 31 oktyabr - Sputnik. Bakı və Yerevan Cenevrə danışıqlarında mülki əhalini və qeyri-hərbi obyektləri hədəfə almamaq barədə razılığa gəldilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə ATƏT-in  Minsk qrupunun (Rusiya, Fransa, ABŞ) yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Cenevrədə 30 oktyabr görüşünün nəticələrinə görə tərəflər atəşkəs və digər öhdəliklər barədə təcili tədbirlər görülməsi üçün razılığa gəliblər.

"Tərəflər beynəlxalq humanitar hüquqa müvafiq olaraq, dinc əhalini və qeyri-hərbi obyektləri qəsdən hədəfə almayacaqlar", - ATƏT-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bakı və Yerevan həmçinin 10 oktyabr Moskva bəyanatına müvafiq olaraq atəşkəsə əməl olunmasının yoxlanılması üçün mümkün mexanizmlərlə əlaqəli şərh və suallarını da təqdim etməlidirlər.

"Tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarda mövqelərini aydınlaşdırmaq üçün açıq və məzmunlu fikir mübadiləsi apardılar", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, tərəflər bir həftə ərzində BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinə mümkün mübadiləni təmin etmək üçün əsirlərin siyahısını təqdim edəcəklər. Eləcə də Bakı və Yerevanın BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətləri verərək döyüş əməliyyatları zonasındakı meyitlərin mübadiləsi prosesində fəal iştirak edəcəyi də bildirilir.

--------

01:04

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Cenevrə görüşü ilə bağlı məlumat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü başa çatıb.

Görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

 

--------

00:34

Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb. Qeyd olunur ki, hələ təfərrüat bəlli deyil.

Qeyd edək ki, oktyabrın 30-da Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə qarşı tərəfə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi, müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Daha sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri və Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında görüş başlayıb. Görüş bir neçə saat davam edib.

Xəbər lenti
0