22:22 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
21010

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib

BAKI, 30 oktyabr - Sputnik. Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Sputnik Azərbaycan bildirir ki, müvafiq məlumatı və videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.
Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Əsas mövzular