QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İran Qarabağ üzrə vasitəçi olmağa hazırdır

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olmağa hazırdır və ümid edir ki, onun planı davamlı sülhə nail olmağa imkan verəcək

BAKI, 30 oktyabr — Sputnik. Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olmağa hazırdır və ümid edir ki, onun planı davamlı sülhə nail olmağa imkan verəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində İran Prezidentinin xüsusi elçisi, İranın Xarici İşlər nazirinin müavini Abbas Əraqçi bildirib.

"Bu məsələnin vacibliyi və İran İslam Respublikasının hər iki ölkə - həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərinin olması, həmçinin xüsusi şərtlər və bu regionun həssaslığını nəzərə aldıqda, İran İslam Respublikası həmişə ciddi şəkildə atəşkəsin bərqərar olması, dialoqun başlanmasına və sülh və əmin-amanlığın yaranmasına töhfə verməyə hazır olduğunu bildirib", - deyə Əraqçi "İran Dağlıq Qarabağ münaqişəsində vasitəçi olmağa hazırdırmı?" sualına cavab verərkən bildirib.

Xəbər lenti
0