QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Diplomatik nümayəndələrin də olduğu Tərtər atəşə tutulub

© AFP 2023 / BULENT KILICПоследствия обстрелов в Тертерском районе Азербайджана
Последствия обстрелов в Тертерском районе Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk"

BAKI, 29 oktyabr - Sputnik. Oktyabrın 29-da saat 13.50 radələrində Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
"Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk", - məlumatda bildirilir.

Xəbər lenti
0