06:42 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
27 0 0

Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb

BAKI, 29 oktyabr — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi mülki şəxslər arasında qurban sayının artmasına səbəb olan zorakılıq hallarını şiddətlə qınayır. Bununla bağlı BQXK-nin Avrasiya regionu üzrə direktoru Martin Şüepp bəyanat yayıb.

Sputnik Azərbaycan-a daxil olan bəyanatda bildirilir ki, BQXK ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub:

"Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb. BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə başsağlığı verir.

Sentyabr ayının sonunda gərginləşmənin yenidən başlamasından etibarən BQXK tərəfləri mülki şəxsləri və xəstəxana, məktəb, market və mədəni abidələr kimi mülki infrastrukturu fərqləndirmək və müdafiə etmək üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırıb. Bunlar könüllü olaraq görülə biləcək tədbirlər deyil. Bunlar beynəlxalq humanitar hüquq əsasında müəyyən edilmiş öhdəliklərdir.

Sonuncu hadisələr onu göstərir ki, Dağlıq-Qarabağ münaqişəsinin nəzarət altından çıxma riski mövcuddur. Regionda yaşayan mülki şəxslər bu hadisələrin fəsadlarından əziyyət çəkirlər. Mülki şəxslərin ölüm halları narahatedici həddə artıb. Bununla bərabər, onlar bütün həyatlarını dəyişən yaralanmalara məruz qalırlar. Eyni zamanda, xəstəxanalar da daxil olmaqla mülki infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəyib.

BQXK tərəflərə beynəlxalq humanitar hüquq əsasında öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, konfidensial dialoq aparır. Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əlaqədar

Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir
Bərdənin raket atəşinə tutulmasına görə cinayət işi başlanılıb
Bərdə bu gün - Dəhşətin mənzərəsi
İranın Azərbaycandakı səfirliyi Bərdəyə edilən hücumu pisləyir
Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar

Əsas mövzular