21:46 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
5910

"Bu da qarşı tərəfin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir.  

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə Konvensiyasının tələblərinə sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb: “Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə keçirilən görüşdə bir tərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistan hərbçilərinə aid 30 nəfərin meyitinin və eyni zamanda Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif verib.

Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir”.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Əlaqədar

MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Teqlər:
məsuliyyətsizlik, mülki şəxs, meyit, hərbçilər, Ermənistan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular