07:29 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1145)
16802

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr - Sputnik. Bərdənin Ermənistan ordusu tərəfindən atəşə tutulması nəticəsində həlak olanlardan biri 38 yaşlı Ehtiram adlı Qarayusifli kənd sakinidir. Digər həlak olan şəxs 44 yaşlı Ofeliya Cəfərovadır. Əraziyə kasetli bombanın atıldığı güman olunur, bir neçə evə mərmi düşərək dağıdıb. Eyni zamanda təsərrüfatlarda xeyli heyvan tələf olub.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib ki: “Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdular”.

 

---------

17:19

Bu gün Ermənistan ordusunun Bərdəni artilleriyadan atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qarayusifli kəndində baş verib.

© Sputnik / Ibrahim Hashimov
Bərdənin Qarayusifli kəndində vəziyyət

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1145)

Əlaqədar

Ermənistanın Sərhəd Qoşunları döyüşlərə cəlb olunub – itkilər açıqlandı
Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür
"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

Əsas mövzular