20:18 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1120)
34720

"Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Bu gün Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun Qarabağın azad olunması uğrunda apardığı əks-hücum əməliyyatlarına başlamasından düz bir ay ötür. Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatları nəticəsində bu müddət ərzində 4 şəhər - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 150-dən artıq kənd, onlarla strateji yüksəklik işğaldan azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-i Sputnik-ə müsahibəsində qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağda azadlıq müharibəsi aparır və qeyd edib ki, əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaqdır: "Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir".

Sputnik Azərbaycan son bir ay ərzində rəşadətli Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi yaşayış məntəqələrini xronoloji ardıcıllıqla təqdim edir:

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

Oktyabrın 25-də Zəngilan rayonunda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunda Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunda Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri işğaldan azad edilib.

Azərbaycan Ordusu işğal altında olan yaşayış məntəqələrini azad etməklə yanaşı, Ermənistan Silahlı Qüvvələrinə sarsıdıcı zərbələr də vurub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün xalqa müraciətində düşmənin məhv edilən və hərbi qənimət kimi ələ keçirilən texnikalarının siyahısını təqdim edib: "252 tank məhv edilib, 53 tank götürülüb, toplam 305 tankdan Ermənistan məhrum edilib. 50 ədəd piyada döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Ümumilikdə 79 ədəd. Müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Toplar - toplam 275 ədəd. 61 minaatan məhv edilib, 45 minaatan qənimət kimi götürülüb. Toplam 106 ədəd. 53 tank əleyhinə vasitə məhv edilib. 82 "Qrad", 2 "Uraqan", 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 ədəd "TOS", 40-a yaxın "Osa" zenit raket kompleksi, 4 ədəd "Kub" və 1 ədəd "Kruq" zenit raket kompleksi, 2 ədəd "S-125" qurğusu məhv edilib. "S-300" zenit raket kompleksi – 6 atıcı qurğu, bir aşkaretmə stansiyası və 1 lokator məhv edilib. 2 əməliyyat-taktiki raket kompleksi "Elbrus", 1 "Toçka-U 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatlarla dolu olub. 173 hərbi maşın qənimət kimi götürülüb. Ermənistan toplam 404 yük avtomobilindən məhrum edilib".

Bu müddət ərzində Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatları nəticəsində sarsıdıcı zərbələrə məruz qalan Ermənistan itkilərini az da olsa etiraf etməyə başlayıb. Ermənistan Müdafiə Nazirliyi yaydığı ən son məlumatda Qarabağda gedən döyüşlər zamanı zərərsizləşdirilən 1002 hərbçinin adını açıqlayıb. Lakin reallıq bundan ibarətdir ki, Ermənistan Silahlı Qüvvələrinin itkiləri rəsmən açıqlanan rəqəmlərdən qat-qat çoxdur.

İnanırıq ki, Azərbaycanın müzəffər Ordusu yaxın günlərdə də öz qələbə xəbərləri ilə Azərbaycan xalqını sevindirəcək və Dağlıq Qarabağ regionu tamamilə erməni işğalçılarından azad olunacaq. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi "Bu müharibə xalqımız üçün Vətən Müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, döyüş meydanında tarixi ədaləti bərpa edirik".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1120)

Əlaqədar

Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə nə arzulamaq istədilər – video
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Manas Ata və Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi
Böyük köçün astanasında - "Zəngilana qayıtmaq üçün yalnız bir şərtim var..."
Ermənistan ordusunun hədəfi mülki obyektlərdir: Ağdam məktəbinə mərmi düşdü - VİDEO
Teqlər:
Ermənistan-Azərbaycan müharibəsi, Qarabağ müharibəsi, Qubadlının azad edilməsi, Zəngilanın azad olunması, Füzulinin azad olunması, Cəbrayılın azad olunması, Hadrutun azad edilməsi

Əsas mövzular