16:07 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
135 0 0

Tərəflər Azərbaycanın ərazi bütünlüyünün bərpası istiqamətində beynəlxalq təşkilatların - BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində faktiki addımların atılmasının önəmini vurğulayıblar.

BAKI, 26 oktyabr - Sputnik. Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi, səfir Robert O’Brayanla Qarabağ münaqişəsini müzakirə edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon söhbətində Dağlıq Qarabağ münaqişəsi, Suriya və regional məsələlər, təhlükəsizlik üzrə əməkdaşlıq, ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb. 

Söhbət zamanı Qarabağ probleminin diplomatik yolla həllinin araşdırılmasının əhəmiyyəti qeyd olunub. Kalın Ermənistan tərəfinin atəşkəsi pozması və mülki əhalini hədəf alan hücumlarının beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. 

Davamlı və qalıcı sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərindən tamamilə çəkilməsinin vacibliyi bir daha qeyd olunub. 

Tərəflər Azərbaycanın ərazi  bütünlüyünün bərpası istiqamətində beynəlxalq təşkilatların - BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları çərçivəsində faktiki addımların atılmasının önəmini vurğulayıblar.

Əlaqədar

Ərdoğanın sözçüsü: "Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır, bu qədər sadə"
Hikmət Hacıyev Ərdoğanın sözçüsü ilə danışdı
İbrahim Kalın: Ermənistan humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir

Əsas mövzular