16:15 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
32 0 0

Anar Eyvazov: Saat 18.15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub. Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib"

BAKI, 26 oktyabr - Sputnik. Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhərinə atılan üç "Smerç"dən biri məhv edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib: 

"Saat 18.15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub. Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 18:15-də "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

Bundan əvvəl də MN Tərtər şəhəri və rayonun kəndlərinin yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulduğu barədə xəbər yaymışdı. 

Bu gün ərzində Azərbaycanın Müdafiə Nazirliyi dinc əhalinin yaşadığı və hərbi əməliyyatların getmədiyi Tərtər şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə tutulduğunu bəyan edib. 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin rəsmiləri bu gün səhər saat 08:00-dan başlayan humanitar atəşkəs rejimi müddətində Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atıldığını bildiriblər. 

Əlaqədar

Ermənistan Tərtər şəhəri və rayonun kəndlərini dayanmadan atəşə tutur
Humanitar atəşkəs baha başa gəldi: Yaşayış məntəqələrimizə 200-dən çox mərmi düşüb
Ermənistan Tərtəri "Smerç"lə atəşə tutub
Daşkəsəndə mərmi atəşləri nəticəsində başlamış yanğın söndürülüb - FHN
Canlı qüvvə ehtiyatı tükənən Ermənistan könüllüləri, muzdluları və uşaqları cəlb edir - MN

Əsas mövzular