20:59 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
3720

"Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz"

BAKI, 26 oktyabr — Sputnik. "Ermənistanın baş naziri, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan, indi yıxılıb onun-bunun ayağı altına kömək istəyir, özünü, xalqını alçaldır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün xalqa müraciətində Prezident İlham Əliyev səsləndirib.

"Yaxşı, silah verməyin, qurtaraq. İstəyirsiniz, qurtaraq, silah verməyin. Bizə kim verir? Heç kim vermir. İstəyirsiniz, qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah verilir. Biz buna səssizmi qalacağıq? Azərbaycan xalqı həqiqətləri bilməlidir. Mən 17 il ərzində Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, xalqa müntəzəm olaraq bütün məsələlərlə bağlı hesabat vermişəm. Bu gün də Azərbaycan xalqına nəyi demək mümkündürsə, deyirəm. Həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan. Dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqq-ədaləti bərpa edirik", - deyə dövlətimizin başçısı bildirib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Əlaqədar

Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
"Kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər" - İlham Əliyev
Erməni hərbçilər niyə bizim formanı geyiniblər? - Prezidentin köməkçisi ifşa edir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
Prezident: "Auditoriya bu müqaviləni oxuyacaq, görəcək ki, burada erməni xalqı olmayıb"
Teqlər:
xalqa müraciət, Prezident İlham Əliyev, işğalçı, ATƏT-in Minsk qrupu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular