20:33 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1120)
6810

"Bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişdi"

BAKI, 26 oktyabr — Sputnik. "Bir aya yaxındır ki, Qarabağ müharibəsi davam edir.  Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən toprpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan ordusu bir çox yaşayış məntəqələrini işğaldan azad edib. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu toprpaqlarda yaşayıb-yaradıb, qurub". 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Prezident bir daha qətiyyətlə  xatırladıb ki, Qarabağ tarixi Azərbaycan torpağıdır: "Qarabağ tarixini yaxşı bilirik. Bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki 90-cı illərin əvvəlində dünyada  Azərbaycan haqqında o qədər  təsəvvür yox idi.  Bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişdi. Buna görə bizim torpağımız işğal altına düşə-düşə bizə sanksiyalar tətbiq edilmişdir. Bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib, güya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Bu sankisiyalar bu günə qədər qüvvədədir.

O vaxt Azərbaycan diplomatiyası erməni yalanlarına qarşı heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində dünya ictimaiyyəti Qarabağ və münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırılıb. Bu görülən işlər bizə köməklik göstərir.

Artıq dünyada bu məsələ barədə obyektiv fikir var. Buna yorulmaz iş sayəsində nail omuşuq. Biz tarixi ədaləti bərpa edirik dedikdə mən bunda tam haqlıyam. Münhen Təhlükəsizlik konfransında mən dünyaya sübut edə bilmişəm ki, Qarabağ bizim tarixi torpağımızdır. 19-cu əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişəm. Dünyada bu anlaşma haqqında ümumiyyətlə təsəvvür yox idi. 

Əfsuslar olsun ki, bu anlaşma barədə Azərbaycanda da geniş məlumat olmamışdır. Bu müqavilə internetdə var. Əminəm ki, mənim bu sözlərimdən sonra döyüş meydanını izləyən auditoriya bu müqaviləni oxuyacaq, görəcək ki, burada erməni xalqı olmayıb. Kürəkçay və Türkmənçay müqavilələrindən sonra ermənilər gətirildi, bizim  torpaqlarımıza yerləşdirildilər", - deyə Prezident əlavə edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1120)

Əlaqədar

Qubadlı, Zəngilan və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi - Prezident
"S-300"lər, "Elbrus"lar, 300-dən çox tank – Əliyev ermənilərin məhv edilən texnikası haqda
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət
Erməni hərbçilər niyə bizim formanı geyiniblər? - Prezidentin köməkçisi ifşa edir
Kəlbəcər rayonunun bir hissəsi işğaldan azad edilib - Prezident
Teqlər:
Kürəkçay müqaviləsi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular