QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"S-300"lər, "Elbrus"lar, 300-dən çox tank – Əliyev ermənilərin məhv edilən texnikası haqda

© AFP 2023 / COSTAS METAXAKISЗенитный ракетный комплекс С-300ПС, фото из архива
Зенитный ракетный комплекс С-300ПС, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"S-300" zenit raket kompleksi – 6 atıcı qurğu, bir aşkaretmə stansiyası və 1 lokator məhv edilib. 2 əməliyyat-taktiki raket kompleksi "Elbrus", 1 "Toçka-U 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatlarla dolu olub

BAKI, 26 oktyabr — Sputnik. Prezident İlham Əliyev xalqa müraciətində düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.

Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

"252 tank məhv edilib, 53 tank götürülüb, toplam 305 tankdan Ermənistan məhrum edilib. 50 ədəd piyada döyüş maşını məhv edilib, 29-u qənimət kimi götürülüb. Ümumilikdə 79 ədəd. Müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Toplar - toplam 275 ədəd. 61 minaatan məhv edilib, 45 minaatan qənimət kimi götürülüb. Toplam 106 ədəd. 53 tank əleyhinə vasitə məhv edilib. 82 "Qrad", 2 "Uraqan", 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 ədəd "TOS", 40-a yaxın "Osa" zenit raket kompleksi, 4 ədəd "Kub" və "Kruq" zenit raket kompleksi, 2 ədəd "S-125" qurğusu məhv edilib. "S-300" zenit raket kompleksi – 6 atıcı qurğu, bir aşkaretmə stansiyası və 1 lokator məhv edilib. 2 əməliyyat-taktiki raket kompleksi "Elbrus", 1 "Toçka-U 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatlarla dolu olub. 173 hərbi maşın qənimət kimi götürülüb. Ermənistan toplam 404 yük avtomobilindən məhrum edilib.

Xəbər lenti
0