QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Minsk qrupu bəyanat yaydı: Həmsədrlər və xarici işlər nazirləri Cenevrədə görüşəcək

© AR Ministry of DefenceАвтомобили ОБСЕ на линии соприкосновения, фото из архива
Автомобили ОБСЕ на линии соприкосновения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmsədrlər və xarici işlər nazirləri Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gələcəklər

BAKI, 26 oktyabr - Sputnik. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər.

Sputnik Azərbaycan ATƏT-ə istinadla xəbər verir ki, bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Məlumata görə, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də görüşlərdə iştirak edib.

Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. 

Xankəndi şəhərinin görünüşü - Sputnik Azərbaycan
QARABAĞ
ABŞ Dövlət Departamenti Qarabağda humanitar atəşkəs barədə bəyan edib

Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsində Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əsaslı danışıqları bərpa etməyə çağıran Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 Oktyabr 2020-ci il tarixli ortaq bəyanatını, həmçinin Amerika Birləşmiş Ştatları Dövlət Katibi Maykl Pompeonun, Fransanın Avropa və Xarici İşlər Naziri Jan-İv Le Drianın və Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun 5 oktyabrdakı birgə bəyanatını xatırladıblar.

Həmsədrlər və xarici işlər nazirləri intensiv müzakirələr zamanı təcili humanitar atəşkəsin tətbiq olunmasını, atəşkəsin monitorinqinin mümkün parametrlərini və 10 oktyabrdakı birgə bəyanata uyğun olaraq hərtərəfli həll yolunun əsas substantiv elementlərinin müzakirəsinə başlamağı müzakirə ediblər. Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.

Bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrləri- Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və Amerika Birləşmiş Ştatlarından Andryu Şofer yayıblar.

Xəbər lenti
0