QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yaşayış məntəqələrimiz yenə də atəşə tutulur

© REUTERS / AZIZ KARIMOVПоследствия обстрелов в азербайджанском городе Барда
Последствия обстрелов в азербайджанском городе Барда - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 51 nəfər xəsarət alıb.

BAKI, 25 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 51 nəfər xəsarət alıb.

Xəbər lenti
0