23:26 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
20610

Ceyhun Bayramov Mayk Pompeoya Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

BAKI, 23 oktyabr - Sputnik. Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ceyhun Bayramov amerikalı həmkarı ilə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb. 

O, Pompeoya Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Əlaqədar

XİN: Ceyhun Bayramovun Vaşinqtonda Pompeo və həmsədrlərlə görüşü gözlənilir
Mayk Pompeo Qarabağ haqda: “Hər iki tərəf geri çəkilsin”
Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb

Əsas mövzular