13:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
216 0 0

Onlar qaçdılar, mən onlarla qaça bilmədim. Təslim olmaq qərarına gəldim. Avtomatı atdım və Azərbaycan Ordusuna təslim oldum

BAKI, 23 oktyabr — Sputnik. Erməni əsir kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyünü etiraf edib.

Sputnik Azərbaycan xəbər verir ki, Mikaelyan Albert Yervandi 7 sentyabr 2001-ci il tarixdə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olduğunu deyib.

"2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay "Faqot"dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam. Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar", - deyə A. Mikaelyan bildirib.

Döyüşlərdə Azərbaycan Ordusuna təslim olan erməni əsir xalqına müraciət edib.

Belə ki, təqaüddə olan milis mayoru Edik Solakoviç Tonoyan 1975-ci ildə Ermənistanın Kalinino rayonunun Mestavan kəndində doğulduğunu, 2018-ci ilə qədər Kalinin rayon Milis İdarəsində işlədiyini, 2018-ci ildə mayor rütbəsində təqaüdə çıxdığını bildirib.

"Bundan sonra iki il ərzində qazanc dalınca Rusiyaya getmişəm. 2020-ci ildə isə koronavirusa görə ailəmlə birlikdə qazanc üçün Rusiyaya gedə bilmədim. Ermənistanda qaldım. Burada da inşaat işləri ilə məşğul olurdum. 27 sentyabrda Azərbaycanla müharibə başlayanda məni və oğlumu tikintidə tutub hərbi komissarlığa apardılar. Hərbi komissarlıqda razılaşdıq ki, oğlumun yerinə hərbi xidmətə məni göndərsinlər və mən Ermənistan ərazisində xidmət edim. Qarabağa getmək istəmirdim, çünki bura bizim torpağımız deyil. Lazım olsa, Ermənistana görə xidmət etməyə hazır olduğumu, ancaq Qarabağa görə xidmət etmək istəmədiyimi dedim. Məni Alaverdi rayonuna zastavada xidmətə göndərdilər. Bir neçə gün orada patrul xidmətində oldum. Oradan hərbi qulluqçuları Azərbaycanla sərhədə xidmət etməyə göndərirdilər ki, orada döyüşsünlər. Orada mənə dedilər, Ermənistan ərazisində başqa hərbi hissədə xidmət etməliyəm. Məni və daha bir nəfəri İrəvana apardılar, orada bizi içində adamlar olan "KamAZ" gözləyirdi. Maşında 33 nəfər vardı. Orada vəd etdilər ki, bizi Qarabağa aparmırlar. Çünki biz bilirik ki, ora bizim torpağımız deyil və bizə oraya getmək lazım deyil. Onlar yenə vəd verdilər ki, biz Ermənistan ərazisində xidmət edəcəyik, - deyə o qeyd edib.

E. Tonoyanın sözlərinə görə, Gorusa gələndə maşın dayanıb və onlara avtomat paylayıblar: "Biz silahı götürmək istəmədik. Lakin bizi dilə tutdular ki, bu, təhlükəsizlik, özümüzü müdafiə üçün lazım ola bilər. Beləliklə, bizi Azərbaycan ərazisinə, Horadiz rayonuna apardılar. Orada bizə səngər qazacağımız yeri göstərdilər. Biz səngər qazmağa başladıq. Bombalamağa başlayanda biz qaçdıq. Mənimlə birlikdə olan 33 nəfər, eləcə də biz zastavaya gələndə orada xidmətdə olan 15 nəfərin hamısı cavan idi. Onlar qaçdılar, mən onlarla qaça bilmədim. Təslim olmaq qərarına gəldim. Avtomatı atdım və Azərbaycan Ordusuna təslim oldum".

E. Tonoyan daha sonra bütün erməni xalqına müraciət edib: "Əziz həmvətənlərim. Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmaq və qan tökmək lazım deyil. Biz əvvəl çox yaxşı yaşamışıq, biz bir-birimizlə çox yaxın olmuşuq, bizim qardaş, xoş qonşuluq münasibətli xalqlarımız olub".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Əlaqədar

Ermənilərin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib - VİDEO
"Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir" - Nazir
Ağcabədiyə istiqamət götürən Ermənistan PUA-sı məhv edildi
Nazirlik: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur
MN: Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində vacib ərazilər ələ keçirilib
Teqlər:
etiraf, əsir, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular