QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağcabədiyə istiqamət götürən Ermənistan PUA-sı məhv edildi

© Photo : Twitter / Hikmet HajiyevСбитый армянский БПЛА, фото из архива
Сбитый армянский БПЛА, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 12 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib

BAKI, 23 oktyabr — Sputnik. Ermənistana məxsus daha bir PUA məhv edilib. Bu barədə Sputnik Azərbaycan Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Oktyabrın 23-də saat 12 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyi daha əvvəl məlumat yayaraq Ermənistan ordusunun 4 PUA-sı zərərsizləşdirildiyini bildirilib: "Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib".

Xəbər lenti
0