19:56 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
193 0 0

Putin: "Bu kontekstdə bizim üçün həm Birləşmiş Ştatlar, həm Fransa, həm də qrupun digər iştirakçıları tərəfindən dəstək çox vacibdir"

BAKI, 22 oktyabr - Sputnik. Rusiya Qarabağda tənzimləməyə görə öz üzərində xüsusi məsuliyyət hiss edir, lakin ona dəstək lazımdır, o cümlədən ABŞ və Fransa tərəfindən. Bu sözləri Rusiya lideri Vladimir Putin “Valday” diskussiya klubunun iclasında ATƏT-in Minsk Qrupunun formatını dəyişməyin lazım olub-olmadığı barədə suala cavab verərkən deyib.

"Təəssüf ki, məndə sizin sualınıza cavab yoxdur. Bir sıra obyektiv səbəblər var - biz başa düşürük ki, Rusiya yaxındadır, onlar bizim qonşularımızdır, bu ölkələr və xalqlarla xüsusi münasibətlərimiz var. Çox böyük təsirimiz var",- Putin deyib.

O vurğulayıb ki, Rusiyanın Azərbaycan və Ermənistanla əlaqələri bu ölkələrin ABŞ və Türkiyə münasibətindən çox fərqlənir. "Ona görə də, əlbəttə, biz öz üzərimizdə xüsusi məsuliyyət hiss edirik və bununla bağlı özümü həssas şəkildə aparmalıyıq. Lakin bu kontekstdə bizim üçün həm Birləşmiş Ştatlar, həm Fransa, həm də qrupun digər iştirakçıları tərəfindən dəstək çox vacibdir",- Putin qeyd edib.

"Bununla bağlı nəyisə dəyişmək lazımdırmı? Mən bilmirəm. Bəlkə də formatı necəsə bir az dəyişmək olar", - RF Prezidenti bildirib.

Əlaqədar

Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

Əsas mövzular

  • Türkiyə sülhməramlıları, arxiv şəkli

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də bəyan edib ki, Ankara ilə Moskva Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair memorandum imzalayıblar və türk hərbçilər də birgə sülhyaratma missiyasında iştirak edəcəklər

    44
  • Əklil

    Cavid Zeynallı Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".

    25
  • Təzə Bazar, arxiv şəkli

    "Bazarda yeraltı dayanacaqlar da nəzərdə tutulub. Bilirsiniz ki, Bakıda dayanacaq problemi var. Bu problemlər hamısı düşünülüb. Bu səbəbdən də tikintinin müddəti müəyyən dövr çəkəcək"

    20