QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ordumuz daha bir neçə kəndi və qəsəbəni işğaldan azad edib - Prezident

© Sputnik / Ilham MustafayevФлаг Азербайджана
Флаг Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir neçə kəndi və qəsəbəsi Ermənistan silahlı qüvvələrindən təmizlənib

BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəmizi erməni işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Xəbər lenti
0