QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO

© Sputnik / Ilham MustafayevФлаг Азербайджана
Флаг Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti xalqa müraciətində daha bir neçə yaşayış məntəqəmizin erməni işğalından azad olunması xəbərini verib

BAKI, 20 oktyabr — Sputnik. İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan bayrağını Zəngilanda qaldıran hərbçilərimiz oradan Azərbaycan Prezidentinə məruzə ediblər.

“Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan! Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hal-hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti xalqa müraciətində daha bir neçə yaşayış məntəqəmizin erməni işğalından azad olunması xəbərini verib.

“Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib”, - Ali Baş Komandan qeyd edib.

Xəbər lenti
0