08:21 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1145)
28 0 0

Telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətləri, o cümlədən Azərbaycan və Ermənistan arasında gərginliyi, Qarabağdakı durumu müzakirə ediblər.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee öz "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətləri, o cümlədən Azərbaycan və Ermənistan arasında gərginliyi, Qarabağdakı durumu müzakirə ediblər.

​Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verdi. Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğuladı. Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün yüksək minnətdarlığını ifadə etdi.

Nazir Mahdum Şah Mahmud Qureyşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünü müdafiə hüququnu dəstəklədiyini vurğuladı. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu vurğuladı. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1145)

Əlaqədar

Bağdad Amreyev: Ermənistan mülki əhaliyə qarşı hücumları dayandırmalıdır
Ceyhun Bayramov Aİ rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb
Çavuşoğlu Bayramova başsağlığı verdi, dəstəyini bildirdi
Lavrov azərbaycanlı və erməni həmkarlarına üç ölkənin bəyanatını xatırlatdı
Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərlərinə Gəncə terroru barədə məlumat verib

Əsas mövzular