QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: Tərtər və Ağdamın yaşayış məntəqələri atəşə tutulur

Abunə olmaq
Müdafiə Nazirliyi məlumat yaydı: Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

BAKI, 19 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələri  Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan SQ Tərtərdəki pambıqtəmizləmə zavoduna raket zərbəsi endirib. Nəticədə zavodda yanğın baş verib. 

Ağdamda isə iki mülki şəxs yaralanıb.  

Xəbər lenti
0