QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı

© Sputnik / Ibrahim HashimovErməni qüvvələrinin açdıqları atəşdən sonra Ağdamda vəziyyət
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Ağdamda vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdamın Xındırıstan kəndinə atılan mərmilərdən 1997-ci təvəllüdlü Çiçək Məhyəddinli qəlpə yarası alıb. Rayonun Çəmənli kəndində də bir nəfər mülki şəxsin xəsarət aldığı bildirilir.

BAKI, 19 oktyabr — Sputnik. Bu gün günorta saatlarında Ağdamın Xındırıstan kəndinə atılan mərmilərdən 1997-ci təvəllüdlü Çiçək Məhyəddinli qəlpə yarası alıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinini verdiyi xəbərə görə, Məhyəddinli Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun bel nahiyyısinə girən qəlpə çıxarılıb və lazımi tibbi yardım göstərilib.

Hazırda yaralının vəziyyətinin kafi olduğun bildirilir.

Rayonun Çəmənli kəndində də bir neçə dəqiqə əvvəl bir nəfər mülki şəxsin xəsarət aldığı bildirilir.

Xəbər lenti
0