00:46 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (842)
121 0 0

Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub.

BAKI, 18 oktyabr - Sputnik. "Baş katib münaqişə ərazisində insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayır. Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi, eləcə də Xankəndi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişə zonası və onun kənarında yerləşən bütün yaşayış məntəqələrinə edilən zərbələr tamamilə qəbulolunmazdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün bəyanatında deyilir.

Oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutulub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olub, 15-i qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutub. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.

Dağıntılar altından ümumilikdə xəsarət almış 53 şəxs və 13 nəfərin cəsədi çıxarılıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (842)

Əsas mövzular