QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov azərbaycanlı və erməni həmkarlarına üç ölkənin bəyanatını xatırlatdı

© Photo : Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunur ki, Lavrov oktyabrın 1-də Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ üzrə bəyanatının aktuallığını saxladığını da dilə gətirib.

BAKI, 17 oktyabr - Sputnik. Rusiya Xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla Qarabağdakı vəziyyəti telefonla müzakirə edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Söhbət zamanı Rusiya Federasiyası, Azərbaycan və Ermənistan respublikalarının XİN rəhbərlərinin humanitar atəşkəsi nəzərdə tutan 10 oktyabr Moskva razılaşmalarına ciddi əməl olunması vurğulanıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında münaqişənin sülh yoluyla həlli üçün substantiv danışıqlara başlanması barədə razılığın vacibliyi ön plana çıxarılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, Lavrov oktyabrın 1-də Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ üzrə bəyanatının aktuallığını saxladığını da dilə gətirib.

Xəbər lenti
0