20:11 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (769)
189 0 0

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain terror zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbir diləyirəm"

BAKI, 17 oktyabr — Sputnik. Ötən gecə terrorçu Ermənistanın Gəncəni yenidən raket atəşinə tutması nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sərdar Ortac bu hadisələrə görə kədər hissi keçirdiyini bildirib. Müğənni "Instagram" səhifəsində Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Elnarə Abdullayevanın ifalarını paylaşaraq, Azərbaycana dəstəyini nümayiş etdirib.

Bundan başqa, türkiyəli məşhur müğənni Murat Boz da ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı "Instagram" hesabında paylaşım edib.

İfaçı dəstəyini belə ifadə edib: "Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain terror zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbir diləyirəm. Dualarımız sizlərlə, başımız sağ olsun".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (769)

Əlaqədar

Gəncənin Ermənistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 azyaşlı itkin düşüb
Gecə bombardmanından sonra Gəncədə axtarış-xilasetmə əməliyyatları necə gedir – VİDEO
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Erməni faşizminin Gəncədə üzə çıxan sübutları - Bu kadrlar ürək ağrıdır
Gəncənin dəhşətli gecəsi – şəhərin ballistik raket atəşinə məruz qalmış ərazisindən video

Əsas mövzular