QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım

© REUTERS / UMIT BEKTASСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
"15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı"

BAKI, 17 oktyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev Gəncə terroru nəticəsində həlak olmuş 15 yaşlı Nigar Əsgərova ilə bağlı Facebook sosial şəbəkəsindəki hesabında paylaşım edib. Nazir Nigarın dağıntılar altından çıxan şəxsiyyət vəsiqəsinin şəklini paylaşaraq məktəblinin ölümü ilə bağlı acısını bölüşüb:

"15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın #Gəncəyə #raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!"

 

Xəbər lenti
0