08:23 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (596)
26050

"Hər kəs bunu bilsin, istənilən yol ilə biz bu torpaqları alacağıq. Azərbaycan xalqını təhdid etmək çox baha başa gələcək sizə, çox baha!"

BAKI, 17 oktyabr — Sputnik. "Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlardan çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu qalmayacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

"Onsuz da biz onları sonunadək qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin. Füzulini təslim etmək istəmirdi, halbuki bilirdi ki, onu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. İndi Cəbrayıl istiqamətində də dünən, srağagün və ötən gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb", - deyə Prezident qeyd edib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan istənilən yolla torpaqları alacaq: "Hər kəs bunu bilsin, istənilən yol ilə biz bu torpaqları alacağıq. Azərbaycan xalqını təhdid etmək çox baha başa gələcək sizə, çox baha!"

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (596)

Əlaqədar

İlham Əliyev - Ordumuz hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir
Prezidentin xalqa müraciəti: "Ermənistana qaçaq yollarla silahlar, texnika göndərilir"
Prezident: "Şuşasız bizim işimiz yarımçıq olar"
Füzuli şəhəri tam azad edildi - Azərbaycan Prezidenti
İlham Əliyev: Bölgədə Türkiyənin razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz

Əsas mövzular