QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəncəyə SCUD atması Ermənistan rəhbərliyinin şizofreniya düşüncəsini göstərir - Hacıyev

© Photo : Public Domen / One half 3544 9К72 «Эльбрус» / SS-1B "Scud-A"
 9К72 «Эльбрус» / SS-1B Scud-A - Sputnik Azərbaycan
Abunə olmaq
"Sıx məskunlaşmış mülki şəxslərə qarşı SCUD raketinin atınması Ermənistanın siyasi-hərbi liderlərinin tam əxlaqsızlığı və şizofreniya düşüncəsini göstərir"

BAKI, 17 oktyabr - Sputnik. ANAMA-ya görə, Ermənistanın Gəncəyə atdığı raketlər SCUD/Elbrus əməliyyat-taktik ballistik raketidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

"Təsir zonasından çıxan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı SCUD raketinin atınması Ermənistanın siyasi-hərbi liderlərinin tam əxlaqsızlığı və şizofreniya düşüncəsini göstərir", - deyə  H.Hacıyev Twitter-də yazıb.

​Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib

Xəbər lenti
0