QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Gəncəyə hücum Ermənistanın zəifliyi və çarəsizliyini göstərir"

© REUTERS / UMIT BEKTASСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

BAKI, 17 oktyabr - Sputnik. "Ermənistanın Gəncədəki mülki şəxslərə qarşı xain və amansız raket hücumu Ermənistanın siyasi-hərbi rəhbərliyinin döyüş meydanında məğlub olması qarşısında zəifliyi və çarəsizliyini göstərir. Dinc insanlara qarşı qəsdən edilmiş raket hücumudur".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Oktyabrın 17-də təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub, ilkin məlumata görə, 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən ikisi uşaqdır.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib

Xəbər lenti
0