07:45 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (659)
17101

"Gəncədə dinc sakinlər arasında ölənlərin olduğu deyilir. Bu, Ermənistan hökumətinin siyasi terrorunun təzahürüdür" - Hikmət Hacıyev

BAKI, 17 oktyabr - Sputnik. "Ermənistana yeni raket kompleksləri gətirilib. Və onlar dərhal satqıncasına, qəddarcasına Azərbaycanın dinc sakinlərinə qarşı hücuma keçdilər".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

"Gəncədə dinc sakinlər arasında ölənlərin olduğu deyilir. Bu, Ermənistan hökumətinin siyasi terrorunun təzahürüdür", - Hacıyev Twitter-də yazıb.

​Qeyd edək ki, 17 oktyabr təxminən 00:52-də Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutub.

Hikmət Hacıyev bildirib ki, 20-dən çox ev dağılıb.

​"Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri Gəncə qəsdən hədəf seçilərək Ermənistanın raket hücumuna məruz qaldı. İnsani atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb", - Hikmət Hacıyev yazıb.

 

 

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (659)

Əlaqədar

Ermənistan ordusu Gəncə və Mingəçeviri raket atəşinə tutdu
“Başımdan dəfələrlə zərbə aldım”: Hadisə qurbanı Gəncə faciəsi haqqında
Gəncədə hər iki valideynini itirən uşaqları nazirlik himayəyə götürdü
Gəncə faciəsi: Bir gecə içində hər iki valideynindən məhrum olan Sevil və Hüseyn – VİDEO
Britaniya səfiri: Gəncədəki son hadisələr məni sarsıtdı
Teqlər:
raket zərbələri, erməni təxribatı, Mingəçevir, Gəncə

Əsas mövzular